Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Daha böyüyü gözlənilir: 12 günlük savaş İsrail-İran müharibəsinin ilk testi idi

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov Şərq.az-a açıqlamasında deyib:

S.h

Politoloq İsrail-İran arasında daha genişmiqyaslı müharibənin gözlənildiyini söyləyib:

“12 günlük müharibə bitmədən fikir səsləndirdim ki, bu müharibə dayanacaq, amma daha böyüyü, geniş miqyaslısı gözlənilir. 12 günlük müharibə İsrail-İran müharibəsinin ilk testi idi. İsrail bir növ özünü test edirdi. Yoxlayırdı ki, Təl-Əviv bu müharibəni sona qədər apara biləcək ya yox. Əgər yeni qarşıdurma yaranacaqsa, burada İsrailin boşluğu nə olacaq, İrana haradan daha çox hücum edə bilər kimi sualların cavabı axtarıldı. Tərəflər artıq bir-birlərini yaxşı tanıyırlar. Xüsusilə bu müharibə, onlara çox məsələləri başa saldı. Burada artıq yeni bir addım atılmalıdır. Donald Tramp söylədi ki, o müharibələri dayandırıb. Amma faktiki olaraq növbəti İran-İsrail müharibəsi başlayacaqsa, bunu dayandırmaq Tramp üçün asan olmayacaq. Çünki bir tərəfdə yəhudi lobbisi var. Bu, Trampın bağlı olduğu güclərdən biridir. İkinci bir tərəfdə isə olan İran dövləti Trampla danışmaq istəmir, Çin və Rusiya ilə münasibətləri formalaşdırıb. Belə olan halda bu müharibəni dayandırmaq asan olmayacaq”.

Politoloq vurğulayıb ki, tezliklə-bir neçə gün və ya bir neçə aya yeni İsrail-İran müharibəsinin şahidi ola bilərik.

“Böyük ehtimal müharibəni İsrail başladacaq. İsrail İrana bağlı olan proksi qrupları sıradan çıxartdıqdan sonra Tehrana hücum etdi. Artıq bu proksi qruplar çox zəif durumdadırlar. Belə olan halda İrana yeni hücumun edilmə ehtimalı yüksəkdir. Yeni qarşıdurma olarsa, bu, İranın mövcud hakimiyyəti olan molla rejimi üçün asan başa gəlməyəcək”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)