Politoloq: Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına üzvlüyü strateji əhəmiyyət daşıyır
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov Azərtac.az-a açıqlamasında deyib: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ilə bağlı artıq kommunike xarakterli bir razılaşma əldə olunub və ümumi qərar qəbul edilib. Bu qərardan sonra Azərbaycan Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu üzv…









