Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Ankara-Moskva xəttində kritik dialoq: “Sülhün açarı Türkiyədədir” – İSMAİL CİNGÖZ

Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz EDnews.net-a verdiyi müsahibədə qeyd edib:

İ.c.

Ötən həftə keçirilən Türkiyə-Ukrayna görüşünün əsas mövzusu müharibənin ədalətli şəkildə sona çatdırılması olub:

“Həmin görüşdən sonra Prezident Ərdoğan, Rusiya lideri Vladimir Putinlə də əlaqə yaradaraq atəşkəs və sülh istiqamətində addımlar atacağını açıqladı. Bundan başqa, G20 zirvəsində də Türkiyənin tərəflər arasında vasitəçilik etmək niyyətini açıq formada ifadə etdi”.

Ekspert həmçinin vurğulayıb ki, müharibə başlayan gündən Türkiyə hər iki ölkə ilə birbaşa dialoq qura bilən nadir dövlətlərdən biridir:

“Müharibənin ilk günlərində Ukrayna və Rusiya xarici işlər nazirlərinin Antalyada görüşməsi, daha sonra isə “Taxıl dəhlizi” sazişinin imzalanması Ankaranın vasitəçi rolunun nə qədər vacib olduğunu göstərdi. Türkiyə bu sayədə beynəlxalq aləmdə etibar və hörmət qazandı”.

İsmail Cingöz qeyd edib ki, Donald Trampın Ukraynaya təqdim etdiyi 28 maddəlik sülh planı Kiyevi müəyyən çərçivədə saxlayır:

“Zelenskinin qarşısında iki yol var: ya torpaq itkisini qəbul edib sülh müqaviləsi imzalayacaq, ya da imtina edib ciddi siyasi təzyiqlərlə üzləşəcək. Hətta daxili siyasi risklər və sui-qəsd ehtimalları da istisna edilmir”.

Ekspert Avropa dövlətlərinin mövqeyinə də toxunub. Onun fikrincə, Avropa Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olsa da, ABŞ dəstəyi olmadan bu mövqeyi tam gücləndirə bilməz:

“Avropa enerji və iqtisadi baxımdan müharibənin bir an öncə bitməsində maraqlıdır. Digər tərəfdən, müharibədən sonra Rusiyanın Avropaya hərbi müdaxilə ehtimalından qorxurlar, baxmayaraq ki, bu ehtimal son dərəcə aşağıdır”.

Cingözün sözlərinə görə, bölgədə hər iki tərəflə eyni səviyyədə ünsiyyət qura bilən və obyektiv mövqe saxlayan yeganə ölkə Türkiyədir:

“Həm mövcud diplomatik əlaqələr, həm də geosiyasi mövqe baxımından Türkiyədən başqa bu münaqişədə etibarlı vasitəçi rolunu oynaya biləcək başqa dövlət görünmür”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)