Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov mövzu ilə bağlı BMDAM-a verdiyi müsahibəsində qeyd edib:

Azərbaycanın Sülhməramlı Qüvvələrdə iştirakı həm Türkiyə baxımından, həm də İsrail baxımından müsbət ola bilər. Əgər qəbul edilsə ki Azərbaycanda orda sülhməramlı kontingent lə təmsil olunsun, bu bir neçə nəfərlik qrupdan ibarət ola bilər. Məncə bu olduğu təqdirdə Azərbaycan sülhməramlıları orada Türkiyənin kontingentinin tərkibində olacaq. Buda bölgədə patrul aparacaq İsrail əsgərləri ilə Türkiyə əsgərləri arasında münasibətləri tarazlamaq üçün uyğun bir haldır, həmçinin bölgədə sakitliyə kömək ola bilər, stabillik yarada bilər. Bildiyimiz kimi İsrailin Azərbaycanla olan münasibətləri, Türkiyə ilə olan münasibətlərindən tamamilə fərqlidir. Düşünürəm ki bu baxımdan Azərbaycanın orda olmağı mümkün olacaqsa, bu müsbət hal ola bilər. Tərəflərdə buradan qazanclı çıxa bilər və uğurlu bir nəticə əldə etmiş olarlar.
Turan Əlizadə






