Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

İsmail Cingöz: Türkiyə Qəzza zolağında mühüm rol oynaya bilər.

Trampın açıqlaması ABŞ-nin Türkiyəyə olan etimadını bir daha göstərirYaxın Şərqdə davam edən gərginlik fonunda Qəzza zolağında sülhün təmin olunması məqsədilə beynəlxalq Sülhməramlı Qüvvələrin yaradılması məsələsi gündəmə gəlib. Bu təşəbbüs çərçivəsində Türkiyənin həmin qüvvələrdə yer alıb-almaması barədə müxtəlif mövqelər səsləndirilib.

ABŞ Prezidenti Donald Tramp açıqlamasında “Beynəlxalq sabitləşdirici qüvvələr tezliklə Qəzza zolağında yerləşəcək, Türkiyə də bu prosesə daxildir”,-deyib. Onun sözlərinə görə, hazırda proses problemsiz şəkildə irəliləyir və ABŞ-nin birbaşa müdaxiləsinə ehtiyac yoxdur. Tramp bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə, İndoneziya, İordaniya və Misir-bu təşəbbüsdə mühüm rol oynayır. Prezident əlavə edib ki, bölgədən bir qədər uzaqda olan, lakin prosesi yaxından izləyən digər ölkələr də bu prosesə cəlb olunub.

Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu bundan əvvəl Türkiyənin beynəlxalq missiyada yer almasına qarşı çıxmışdı.

Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Şərq.az-a verdiyi müsahibədə qeyd edib ki:

Türkiyənin dünyada artan güc və rolundan söz açıb:i

“İsrail Baş naziri Benyamin Netanyahu, Türkiyənin Qəzza zolağında yaradılması planlaşdırılan Sülhməramlı Qüvvələrdə yer almamasını istədiyini bildirdi. Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp Türkiyənin də bu qüvvələrdə yer alacağını bəyan etdi. Bu açıqlama ABŞ-nin Türkiyəyə olan etimadını bir daha göstərir. Türkiyə, Orta Şərq coğrafiyası başda olmaqla, beynəlxalq aləmdə etibarlı ölkə kimi tanınır. Uzun illərdir həm NATO sülhməramlı qüvvələrində, həm də Birləşmiş Millətlər Təşkilatının yaratdığı sülhməramlı missiyalarda iştirak edib. Bu təcrübə Türkiyəni sülh və təhlükəsizlik sahəsində güvənilən tərəf halına gətirib”.

 

Ekspert Türkiyənin fəaliyyət göstərdiyi ölkələrdə etibarlı və inamlı tərəf kimi qəbul olunmasının, ABŞ rəhbərliyinin və Prezident Trampın da bu missiyada onun iştirakını istəməsinə səbəb olduğunu söyləyib:

“Bu, eyni zamanda Türkiyəyə olan etimadın bir daha təsdiqlənməsi baxımından da əhəmiyyətlidir.

Bundan əlavə, Həmas və Fələstinin də Türkiyənin bu qüvvələrdə iştirak etməsi barədə tələblərinin olduğu məlumdur. Beləliklə, Türkiyə həm təhlükəsizlik baxımından, həm də Silahlı Qüvvələrinin imkan və qabiliyyətinə görə Qəzza zolağında mühüm rol oynaya bilər. Prezident Ərdoğanın Türkiyənin bu əməliyyatda iştirak edəcəyini bəyan etməsi də, planlaşdırılan Qəzza Sülhməramlı Qüvvəsində ölkənin yer alacağını göstərir”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)