Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov mövzu ilə bağlı BMDAM-a verdiyi müsahibəsində qeyd edib:

Rusiya-Ukrayna müharibəsində taxıl kolidorunun açılmasında Türkiyə prezidenti ərdoğanın fəaliyyəti uğurlu nəticə vermişdir, müharibənin dayandırılması məsələsi isə biraz fərqlidir çünki müharibənin sonlanması üçün tərəflərdən biri geri addım atmalıdır, lakin tərəflərdən heç biri geri addım atmaq istəmir, nə Ukrayna nədə Rusiya. Məsələ belə olduqda Trampda bu məsələni həll edə bilmir və faktiki olaraq proses uzanır.
Qərb ölkələri isə Trump-ı sıxmağa çalışır ki Amerika Birləşmiş Ştatlar-ı ukraynaya dəstək versin, trump isə rusiya ilə münasibətləri kəskinləşdirmək istəmir belə vəziyyətdə ortaya bir sual çıxır “Tramp indi hansı mövqeyi tutacaq?”. O mövqey yavaş yavaş bəlli olmaqdadır. Tramp 2 seçim arasında qalıb, ya Rusiyanı müdafiə edib Ukrayna və Qərbi itirə bilər, yada Ukraynanı müdafiə etsə Rusiyanı itirə bilər ki buda Rusiya ilə Çinin yaxınlaşmasına apara bilər. Hesab edirəm ki Tramp çalışacaq ki uzun müddət bir qızıl orta saxlasın, hələ ki məsələni tam həll edə bilməsədə müharibənin gedişinə görə qarşıdakı bir neçə ay ərzində Tramp müəyyənləşdirsin ki “tərəflərin mövqeyi nədir və üstünlük kimdədir?” və bunları müəyyənləşdirib ” Nə edə bilərik ” qərarını verəcək. Ona görədə düşünürəm ki hələki Tramp səbirlə gözləyəcək ara bir cəhdlər göstərəcək lakin böyük zaman dilimi ərzində çalışacaq ki, müharibənin gedişini səbirlə gözləsin. Avropanın ABŞ-dın silah alıb Ukraniyaya verməsi və hadisələrin gedişinə uyğun olaraq ABŞ Prezidenti Donald Trump qərar verə bilər.
Turan Əlizadə





