Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Məqsəd atəşkəsə nəzarət deyil: Münaqişə olmayan yerdə nəyi qoruyurlar? -RƏY

8 avqustda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması bölgədə münaqişənin bitdiyini göstərir. Lakin buna baxmayaraq, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası fəaliyyətini davam etdirir. Hazırda missiyada Aİ-yə üzv 25 ölkə və Kanadanı təmsil edən 200 müşahidəçi var. Onlar gündəlik olaraq Ermənistan-Azərbaycan sərhədində patrul aparırlar. Münaqişə olmayan şəraitdə bu missiyanın bölgədə qalması hüquqi və siyasi baxımdan suallar doğurur və daha çox geosiyasi maraqlara xidmət etdiyi təəssüratı yaradır.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov Şərq.az-a verdiyi müsahibəsində qeyd edib:

Politoloq missiyanın burada fəaliyyət göstərməsinin absurd olduğunu bildirib:

“8 avqustda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasından sonra bu missiyanın saxlanılması anlaşılmazdır. ATƏT-in Minsk qrupu da buraxılıb. “Münaqişə olmayan yerdə nəyi qoruyurlar?” deyə sual yaranır. Belə hərəkətlərin hüquqi əsasları yoxdur. Məqsəd Ermənistanda qalmaq və orada möhkəmlənməkdir. Əgər Kanada və Avropa İttifaqının mülki missiya adı altında qrupları fəaliyyət göstərirsə, bu, sülhdən danışmağa əsas vermir”.

Ekspert sülh müqaviləsinin paraflandıqdan sonra atəşkəsin pozulmadığını vurğulayıb:

“Belə olan halda onların burada qalmasının əhəmiyyəti yoxdur. Onlar daha çox öz maraqlarına xidmət etmək üçün buradadırlar. Məqsəd atəşkəsə nəzarətlə bağlı məsələ deyil”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)