Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov Bakı vaxtı.az-a verdiyi müsahibəsində qeyd edib:

Samir Hümbətov: Kiyevə dəstək həm də Rusiyaya təzyiq vasitəsidir
Kiyevə dəstək həm də Rusiyaya təzyiq vasitəsidir:
“Fransa, ABŞ, Avropanın əksər ölkələri, hətta Ukrayna və Rusiya da bilir ki, bu münaqişənin qısa müddətdə həlli real görünmür. Ona görə də münaqişə uzun müddət davam edəcək. Bu kontekstdə Avropa ölkələri bu münaqişədə Ukraynanın aktivliyini daimi təmin etməyə çalışırlar”.
Onnu fikrincə, bu gün Ukraynada Fransa və Avropa ölkələrinin Kiyevə yardım etməsinin əsas səbəblərindən biri məhz Ukraynanın Rusiya qarşısında daha çox düşməməsidir.





