İRDS Center (BMDAM) Finnish Government-ə istinadən xəbər verir ki Finlandiya Xarici İşlər Naziri Elina Valtonenin 13-15 oktyabr tarixində C. Qafqaza səfəri olacaq.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətova siyasi-analitik fikirlərini soruşduq və Politoloq açıqlamasında qeyd etdiki:

Politoloq: Bildiyimiz kimi E. Valtonen Finlandiyanın XİN-i olmaqla bərabər ATƏT-in fəaliyyətdə olan sədridir.
Valtonen-in Cənubi Qafqaza səfərinin məqsədi: Avropa və ATƏT-in C.Qafqazda formalaşmaqda olan nüfuzunu qorumaq məqsədi güdür, bununla yanaşı səfərin digər məqsədi isə Azərbaycanla-Ermənistan arasında gedən sülh prosesinə nəzarət, bu prosesə dəstək və Azərbaycan-Ermənistan və ATƏT arasında koordinasiyanın yaradılması məqsədini güdür. Bu məqsədlə regionda təhlükəsizlik məsələsini ön planda tuturlar. Həmçinin Azərbaycan Prezidenti Cənab İlham Əliyev-in Kopenhagen səfəri və səfər çərçivəsində Avropa ölkələri liderləri ilə görüşü də bu səfərin daha erkən tarixdə baş tutmasında mühim rol oynamışdır.
Turan Əlizadə





