Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Rusiya ilə gərginliyin uzun çəkməyəcəyi gözlənilirdi – ŞƏRH

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin siyasi eksperti Kənan Novruzov mövzu ilə bağlı Şərq.az-a açıqlamasında qeyd edib:

Azərbaycanın bu gün Rusiya üçün həm iqtisadi, həm də siyasi baxımdan önəmli tərəfdaşdır.

“İki ölkə arasındakı ticarət əlaqələri Moskva üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə də Rusiya beynəlxalq təcrid şəraitində olduğu bir dövrdə Azərbaycanla diplomatik münasibətlərin qorunması onun üçün strateji zərurətdir. Digər tərəfdən, Azərbaycan həm də Ukrayna ilə münasibətləri olan bir dövlət kimi Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, rəsmi Bakının vasitəçilik rolu, hətta epizodik formada belə, gündəmə gələ bilər. Bütün bunlarla yanaşı, Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq da güclənir. Rusiya da bunu nəzərə alaraq ağıllı addım atmağa çalışır. Çünki Azərbaycana təzyiq göstərmək nə praktik, nə də səmərəli olardı. Əksinə, Moskva üçün Azərbaycanla münasibətləri qorumaq, onu strateji tərəfdaş kimi itirməmək daha məqsədəuyğundur. Bu addımlar həm də Rusiyanın Qərbin regionda mövqelərini məhdudlaşdırmaq cəhdinin tərkib hissəsidir. ABŞ-nin regiondakı aktivliyini nəzərə alsaq, Rusiyanın öz mövqeyini yenidən qiymətləndirməsi təəccüblü deyil”.

Analitik Rusiyanın Azərbaycanın ədalətli şərtləri ilə razılaşmasının həm zərurətdən irəli gəldiyini, həm də Prezident İlham Əliyevin böyük diplomatik şahmat taxtasında atdığı məqsədyönlü, ağıllı addımların nəticəsi olduğunu bildirib:

“Rusiya və Azərbaycan dost dövlətlərdir. Münasibətlərdə əvvəllər də dalğalanmalar olub. Amma gərginliyin uzun çəkməyəcəyi gözlənilirdi. Bu, hər iki tərəfin ziyanına olardı. Odur ki, liderlər ikitərəfli münasibətlərin normallaşması üçün diplomatik iradə ortaya qoydular”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)