Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Navrotski Trampla görüşünü şərh edib-“Bu, yaxşı xəbərdir”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin siyasi eksperti Kənan Novruzov mövzu ilə bağlı İnformator.az-a açıqlamasında qeyd edib:

ABŞ-nin Şərqi Avropa ilə bağlı konkret mövqeyi var:

“Bu mövqe müharibənin bitməsindən ibarətdir. ABŞ çalışır ki, Rusiya və Ukrayna arasında sülhə nail olsun.Hərçənd indi ABŞ etiraf edir ki, bu, düşündüyündən daha çətin məsələdir”.

Kənan Novruzov bildirib ki, Polşa və ABŞ qoşunlarının yerləşdirilməsi Rusiyanın hansısa aqressiv və mümkün ritorikasının qarşısının alınmasına hesablanıb:

“Bilirsiniz ki, Rusiya Polşa və Ruminyanın hava zərurətini pozub. Əgər belədirsə, ABŞ daha ciddi addımlar ata bilər və əslində Avropada istədiyi də budur. Buna görə ABŞ Polşada öz qoşunlarını saxlamaqla primitiv addım atıb və müharibənin daha da gərginləşməsinin qarşısını almağa çalışır”.

Siyasi şərhçi qeyd edib ki, bütün hallarda, ABŞ və Avropanın müharibə ilə bağlı mövqeləri fərqlidir:

“ABŞ müharibənin bitməsinə çalışır, Avropa isə uzanmasını istəyir. Bunun səbəblərini də çox müzakirə etmişəm.

ABŞ müharibə bitəndən sonra ilk olaraq Ukraynaya investisiya qoymaq və Rusiyayla münasibətləri qorumaq niyyətindədir. Müharibə bitəndən sonra diqqətini isə yaxın Şərqdə saxlamaq istəyir. Üstəlik, ABŞ bu müharibəni sülhlə nəticələndirərək Nobel Sülh Mükafatına layiq görülməyi hədəfləyir.

Avropa isə müharibənin bitməsini istədikdə fərqli məqsədlərə malikdir. Avropa hələ də Rusiyanı təhlükə kimi görür və düşünür ki, müharibə bitsə, Rusiya digər Avropa ölkələrinə hücum edə bilər. Buna görə də Avropa Rusiyanı zəiflətmək istəyir, Ukraynaya silah satır və bu müharibədən istifadə edərək Rusiyadan enerji resurslarını daha ucuz qiymətə almağa çalışır.

Avropa və ABŞ-nin mövqeləri fərqli olduğuna görə müharibə bitmir. ABŞ Ukraynaya “qaç” deyirsə, Avropa “tut” deyir. Beləliklə, gərgin vəziyyət yaranıb.

Kənan Novruzov son olaraq açıqlamasını bu şəkildə sonlandırıb:

“Mən əvvəldən, son 3–4 aydır isə xüsusilə bu proqnozu verirəm: Ukraynada sülh sazişinə qol çəkəcək şəxs Vladimir Zelenski olmayacaq. Bu müddət ərzində ya Zelenski hakimiyyətdən gedəcək, ya da öldürüləcək, və ya sonda sülh mövqeyinə qol çəkməyəcək. Bu, onun üçün ölümə bərabərdir”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)