Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Rus ordusunda ciddi əsgər çatışmazlığı var — AÇIQLAMA

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Demokrat.az-a müsahibəsində qeyd edib:

“Rusiyanın Qərblə qarşıdurmaya getmə ehtimalı real deyil”.

O bildirib ki, hazırda Rusiya ordusunda ciddi əsgər çatışmazlığı var:

“Rusiya ordusunda əsgər çatışmazlığı məsələsi artıq uzun müddətdir gündəmdədir. Afrikadan, Şimali Koreyadan, hətta deyilənə görə Cənubi və Cənub-Şərqi Asiya ölkələrindən orduya canlı qüvvə cəlb etmək cəhdləri həyata keçirilir. Bu, əlbəttə ki, orduda ciddi əsgər çatışmazlığından xəbər verir.

Düşünürəm ki, bu cür əsgər çatışmazlığının olduğu durumda Rusiyanın Qərblə qarşıdurmaya getmə ehtimalı o qədər də real görünmür. Rusiyanın imkanlarının məhdud olması, müdafiə təyinatlı məhsullarının azlığı da burada əhəmiyyətli rol oynayır. Belə bir vəziyyətdə Rusiya hansı qüvvə ilə, hansı potensialla Qərblə qarşıdurmaya gedəcək?

Rusiyanın belə bir addım atması onun özünün təhlükəsizlik məsələsini gündəmə gətirəcək”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)