Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

“Dünya təhlükəsizliyi üçün yeni konsepsiyalara ehtiyac var” — Politoloqdan AÇIQLAMA

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında bildirib:

 

“Son dövrlərdə dünyada baş verən proseslər təhlükəsizlik arxitekturasının sıradan çıxmasına və ciddi münaqişələrin yaranmasına dəlalət edir. Problemlər isə getdikcə artır”.

O, bildirib ki, istər regional, istərsə də qlobal müstəvidə qarşıdurmalar çoxalır, Rusiya–Ukrayna müharibəsi, İran–İsrail münaqişəsi, İsrail–Həmas qarşıdurması, eləcə də Hindistan–Pakistan arasında baş verən gərginliklər təhlükəsizliyə ciddi təhdid yaradır:

“Belə olan halda təhlükəsizliklə bağlı yeni konsepsiyaların qəbul edilməsinə ehtiyac var. Bunun üçün isə ciddi müzakirələrə və fikir mübadiləsinə böyük zərurət mövcuddur. Bu baxımdan, Bakı Təhlükəsizlik Forumu həm regional, həm də qlobal səviyyədə məsələlərin müzakirəsi, qəbul olunacaq qərarların hazırlanması və qarşılıqlı əməkdaşlığın təşkili baxımından ümumi təhlükəsizliyə mühüm töhfə verə bilər”.

Politoloq bildirib ki, Bakı Təhlükəsizlik Forumu yaxın gələcəkdə həm regional, həm də qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək bir platforma kimi qiymətləndirilə bilər.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)