Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Sükutun ardındakı fırtına: Ermənistanın taleyini mühərrikləşdirən seçimlər

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Şöbə müdiri, Politoloq Amid Əliyev Bakı vaxtı.az-a açıqlamasında qeyd edib:

Hazırda Cənubi Qafqazda sülhün bərqərar olması fonunda sazişi imzalamağa hazırlaşan Ermənistan hakimiyyəti çətin və tərəddüdlü bir siyasi yoldan keçir. Seçimlər nə qədər də geniş və gələcəyə yönəlik deyil. Son Vaşinqton görüşündən sonra Ermənistan–Rusiya münasibətlərindəki ziddiyyətlər dərinləşib və İrəvanın Moskvadan uzaqlaşma prosesi sürətlənib. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın müsahibəsində ölkəsinin Rusiyanın “kiçik qardaşı” deyil, bərabər tərəfdaş olduğunu deməsi də bunun göstəricisidir.

 

“Cavab olaraq Moskva ənənəvi təsir vasitələrini işə salıb. Onlardan biri tamamilə Rusiyaya bağlı kilsədir ki, bir müddətdir hakimiyyətə qarşı çıxış edir. Baş nazirin elan etdiyi kilsə islahatından sonra bu etiraz daha da güclənib. Bu, kilsənin siyasi hakimiyyətə qarşı çıxış etdiyi ikinci haldır – bir neçə il əvvəl erməni keşişlərindən biri müxalifətin önündə dayanaraq etirazlara rəhbərlik etmişdi. Bununla yanaşı Kreml Ermənistandakı özünə yaxın siyasi fiqurları da hərəkətə gətirib. Xüsusilə keçmiş prezidentlərin son dövrlərdə artan fəallığı diqqət çəkir”,- deyə politoloq əlavə edib.

Amid Əliyev: Qarşıdakı ildə Ermənistanda parlament seçkiləri nəzərdə tutulur

 

Həmsöhbətimizin fikrincə, Moskva həmçinin Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalara qarşı dolayı mesajlar göndərir. ABŞ-nin Zəngəzur dəhlizinin reallaşdırılmasına dəstək verməsi Rusiyada narazılıq yaradıb. XİN rəhbəri Sergey Lavrovun son açıqlamasında “razılaşmaların necə icra ediləcəyi ilə bağlı suallar var” deməsi də buna işarədir:

 

“Qarşıdakı ildə Ermənistanda parlament seçkiləri nəzərdə tutulur. Rusiya bu prosesi öz təsir imkanlarının son fürsəti kimi qiymətləndirərək bütün vasitələrlə mane olmağa çalışacaq. Çünki bundan sonra sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması gözlənilir ki, bu da Moskvanın regiondakı maraqlarına ziddir. Beləliklə, yaxın dövr Ermənistan hakimiyyəti üçün çətin, cəmiyyət üçün isə təlatümlü ola bilər. Bununla belə, İrəvan rəhbərliyi nəyə imza atdığını yaxşı bilir və Rusiyanın təsirlərinə qarşı müqavimət göstərmək niyyətindədir”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)