Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Ermənistanda gözlənilməz gəlişmə – Paşinyanla bağlı qərar şok etdi

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Globalinfo.az-a müsahibəsində qeyd edib:

Ermənistan müxalifətinin atdığı bu addımın bir neçə mümkün səbəbi ola bilər:

“İlk olaraq, bu, taktiki gediş kimi qiymətləndirilə bilər. Ermənistanın hazırkı vəziyyəti müxalifət dairələrində bəzən rəsmi İrəvanın “məğlubiyyətə uğradığı” kimi təqdim olunur. Bu mənzərə fonunda onlar vəziyyəti daha da gərginləşdirməyə, prosesləri qızışdırmağa çalışırlar. Məqsəd, mövcud hökuməti bu yolla daha da sıxışdırmaq və ictimai narazılığı artırmaqdır.

Digər ehtimal – bu təşəbbüs xarici təsirlərin, xüsusən də bəzi dairələrin dəstəyinin nəticəsi ola bilər. Müxalifət daxilində vəziyyəti düzgün analiz edən qruplar Paşinyanın onsuz da zəifləyən mövqelərini daha da sarsıtmaq niyyətindədirlər. Bununla, hakimiyyətə daha asan və sürətli şəkildə gəlmək üçün zəmin formalaşdırmaq istəyirlər.

Eyni zamanda, bu proseslərdə xaricdəki erməni lobbisinin təsiri də istisna edilmir. Belə müdaxilələr vasitəsilə Ermənistandakı daxili sabitliyin pozulması və siyasi mühitin dəyişdirilməsi planlaşdırıla bilər.

Ümumilikdə, müxalifət bu vəziyyəti ölkə üçün daha “məqbul” və “əldə edilə biləcək fürsət” kimi qiymətləndirə bilər. Lakin bütün bu gedişlərin fonunda müxalifət daxilində parçalanmaların yaranması ehtimalı da real görünür. Proseslərin yaxın günlərdə hansı istiqamətə yönələcəyi isə siyasi səhnədəki dinamikanın sürətindən asılı olacaq”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)