Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Pezeşkianın səfəri İranın Ermənistanla bağlı narahatlıqlarının aradan qaldırılmasına yönəlib -Politoloq

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Şərq.az-a verdiyi müsahibəsində qeyd edib ki:

“Pezeşkiyanın səfəri əvvəlcədən planlaşdırılmışdı və onun baş tutacağı gözlənilirdi. Vaşinqton görüşündən sonra İran bu prosesi sürətləndirməyə çalışdı. Çünki İran istəmir ki, regionda proseslərin tam fəaliyyəti təmin olunsun. Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik. Pezeşkiyanın səfəri əsasən ABŞ-dəki vəziyyəti və proseslərin gedişatını yerində öyrənmək məqsədi daşıyırdı. Eyni zamanda, açılması planlaşdırılan “Tramp sülh və rifah yolu”nun İran-Ermənistan əlaqələrinə müsbət və ya mənfi təsirlərinin qiymətləndirilməsi üçün bu səfər təşkil olunub”.
 
Politoloq İranın Ermənistanı itirmək istəmədiyini və bu səbəbdən də bütün diqqətini bu səfərə yönəltdiyini söyləyib:
“Səfərin əsas məqsədi Ermənistanın maraqlarının nə olduğunu, İranla münasibətlərin necə qurulacağını və Tehranın mövqeyinin təhlükə altına düşüb-düşməyəcəyini müəyyənləşdirməkdir. Pezeşkiyanın səfərində bu məqamlar ön plana çıxır. O, Ermənistan-Azərbaycan münasibətlərindən daha çox, Azərbaycan-İran əlaqələrinə xüsusi diqqət yetirir.
Ancaq nəzərə almaq lazımdır ki, bütün dövlətlər ilk növbədə öz maraqlarını güdür. Bu səfər, əslində, İranın Ermənistanla bağlı narahatlıqlarının aradan qaldırılmasına yönəlib. Körpülərin açılması kimi texniki məsələlər isə ikinci və ya üçüncü dərəcəli məsələ kimi qiymətləndirilir”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)