Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Alyaska sammitindən sonra yaranmış geo-siyasi reallıqda Zəngəzur dəhlizinin taleyi necə görünür?.. Politoloq Teymur Qasımlıdan AÇIQLAMA.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədr müavini, Politoloq Teymur Qasımlı Moderator.az-a verdiyi müsahibəsində qeyd edib:

Alyaska sammitindən sonra yaranmış geo-siyasi reallıqda Zəngəzur dəhlizinin taleyi necə görünür?..

“Ola bilsin ki, bu görüşdə Rusiya ilə razılığa gəlinməsi üçün müəyyən məsələlər müzakirə olunub və buna dair konkret mövqelər müəyyən edilib. Amma düşünürəm ki,  həmin görüşdə mövzu əsasən Ukrayna müharibəsi olub və Zəngəzur dəhlizinin perspektivi olduğu kimi qəbul edilib…”

Vaşinqtondakı məlum Azərbaycan-Ermənistan görüşlərindən, Sülh Bəyannaməsinin imzalanmasından və ardınca Alyaskada Putin-Tramp sammitindən sonra regionda və dünyada yaranmış mövcud geo-siyasi reallıqda artıq Turan yolu yox, “Tramp yolu” adlanan Zəngəzur dəhlizinin taleyini necə görürsüz?” 

Vaşinqton görüşü və Alyaskada keçirilən Putin-Tramp sammitinin Zəngəzur dəhlizi ilə bağlı regionda ciddi geo-siyasi dəyişikliklərə səbəb olduğunu vurğulayıb. O, Vaşinqton görüşünün Cənubi Qafqazda yeni güc dinamikaları yaratdığını qeyd edərək, bu görüşün bölgədəki geo-siyasi vəziyyəti köklü şəkildə dəyişdirdiyini bildirib.
Qasımlı qeyd edib ki, uzun müddətdir “Turan yolu” adlandırılan Zəngəzur yolu artıq “Tramp yolu” kimi tanınır. Bu dəyişiklik ABŞ-ın bölgədəki mövqeyinin gücləndiyini və Cənubi Qafqazda Rusiyanın sıxışdırılmasının qaçılmaz olduğunu göstərir. ABŞ-ın Ermənistanla əlaqələrinin inkişafı və Zəngəzur dəhlizinin əhəmiyyəti artıb. Bu dəyişikliklərin ardınca, Azərbaycanın və Türkiyənin geo-siyasi mövqeləri daha da güclənəcək.
Onun sözlərinə görə, Vaşinqtondakı görüşdən sonra Zəngəzur dəhlizi ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, bu dəhliz Mərkəzi Asiya və Orta Asiya dövlətləri ilə ticarət və enerji əlaqələrinin inkişafına təkan verəcək. Qasımlı həmçinin, Zəngəzur dəhlizinin açılmasının Rusiya və İranla yanaşı, Çinin də maraqlarına zidd olduğunu və bu dövlətlərin regiondakı mövqelərini zəiflətdiyini vurğulayıb:
“Ən böyük geo-siyasi nəticə isə budur ki, ABŞ Ermənistan ərazisinin bir hissəsinə real nəzarəti əldə etmək şansı ilə artıq Cənubi Qafqazda hakim qüvvə rolunu alıb. Çin və Gürcüstanın planlarını bloklayıb və “Bir kəmər-bir yol” layihəsinin yolunu kəsib.  Çinin Gürcüstanın limanlarında möhkəmlənmə planlarının qarşısını alıb ki, bütün bunlar da Zəngəzur dəhlizinin əhəmiyyətini artırır”.
Alyaskada keçirilən Putin-Tramp görüşünün isə Zəngəzur dəhlizinin taleyinə necə təsir etdiyini tam olaraq bilmək mümkün olmasa da, Qasımlı düşünür ki, görüşün əsas mövzusu Ukrayna müharibəsi olub və Zəngəzur dəhlizinin gələcəyi barədə daha az danışılıb:
“Alyaskada keçirilmiş Tramp-Putin görüşündə Zəngəzur dəhlizi və ya “Tramp yolu”nun qarşısında bir əngəl yaradılıb-yaradılmaması məsələsi hələ də tam aydın deyil. Ola bilsin ki, bu görüşdə Rusiya ilə razılığa gəlinməsi üçün müəyyən məsələlər müzakirə olunub və buna dair konkret mövqelər müəyyən edilib. Amma düşünürəm ki,  həmin görüşdə mövzu əsasən Ukrayna müharibəsi olub və Zəngəzur dəhlizinin perspektivi olduğu kimi qəbul edilib…
Son olaraq, Qasımlı Zəngəzur dəhlizinin açılmasının Azərbaycan və Türkiyə üçün böyük bir uğur olduğunu və bu layihənin həm regional, həm də qlobal geosiyasətə təsir göstərəcəyini bir daha vurğulayıb.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)