Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

“Fələstinin müstəqil dövlət kimi tanınması, təəssüf ki, oradakı insan qırğınını dərhal dayandırmayacaq…”

“Böyük Britaniyanın Fələstini müstəqil dövlət kimi tanıyacağı ehtimalı var, amma bu qərarın veriləcəyi zaman hələ qeyri-müəyyəndir…”
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronu Fələstini müstəqil dövlət kimi tanımasından sonra təbrik etməsi artıq İsrail ətrafında Qərb dövlətlərinin də iştirakıyla müəyyən bir koalisiya yaranmasına işarə etmir ki? Görəsən, bundan sonra Böyük Britaniyanın da Fələstini müstəqil dövlət kimi tanıyacağı ehtimalı nə qədərdir? Yaxın gələcəkdə daha hansı Avropa dövlətləri belə bir addım ata bilər?
“Son dövrlərdə Fransa həm Suriyada, həm də Fələstin məsələsində daha fəal fəaliyyət göstərir”.
           
                                                                Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədr müavini, Politoloq Teymur Qasımlı Moderator.az-a verdiyi müsahibəsində qeyd edib ki:
Fransa ilə İsrail arasındakı münasibətlər daim sabit olmayıb:
“Bəli, Fələstinə və İsrailə münasibətindəki mövqeyinə görə Ərdoğanın Makronla yaxınlaşdığı hiss olunur. Lakin bu münasibətlərin haraya qədər gedəcəyi, dərinləşib-dərinləşməyəcəyi hələlik sual altıdadır. Çünki Fransa-İsrail əlaqələri zaman-zaman enişlər və yüksəlişlər göstərib. Abcaq İsrail- “HƏMAS” müharibəsi başlayandan sonra Fransa açıq şəkildə İsrailə dəstək göstərdi. Amma son vaxtlar Fransa hakimiyyəti, demək olar ki, de-fakto Fələstini müstəqil dövlət olaraq tanıyıb. Bunun iki əsas səbəbi var: birincisi, bölgədəki qanlı münaqişə və davam edən insan qırğınları, ikincisi isə Fransanın prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahu arasındakı münasibətlərdir”.
Politoloq ümumiyyətlə Avropa ölkələrinin də məsələyə münasibətini də diqqətə çatdırıb:
“Avropanın bəzi dövlətləri artıq Fələstini müstəqil dövlət kimi tanımağa başlayıb. Bu addım həm də Ankara-Paris münasibətlərindəki istiləşməni göstərir. Məsələn, Böyük Britaniya da bir neçə dəfə İsrailə qarşı təhdidlər və sanksiyalar tətbiq edib. Lakin Britaniya bu məsələdə daha çox gözləmə mövqeyindədir. Çünki Britaniya rəhbərliyi Netanyahu hökumətini qəbul etməsə də, hələ də onunla işləməyə davam edir, bu isə çox önəmli bir faktordur”.
T. Qasımlı Britaniyanın gələcəkdə Fələstini tanıyıb-tanımayacağı ilə bağlı da fikirlərini bölüşüb: “Böyük Britaniyanın Fələstini müstəqil dövlət kimi tanıyacağı ehtimalı var, amma bu qərarın veriləcəyi zaman hələ qeyri-müəyyəndir”.
T. Qasımlı Avropa ölkələrinin Fələstini tanıması məsələsindəki müsbət qərarların vəziyyəti dəyişdirməyəcəyinə də diqqət çəkib:
“Fələstinin müstəqil dövlət kimi tanınması, təəssüf ki, oradakı vəziyyəti dərhal dəyişdirməyəcək, insan qırğınını dayandırmayacaq… Qəzzadakı münaqişə və qətliam davam edir, vətəndaşlar ölür. Avropa ölkələri bu məsələdə qərar verə bilərlər, amma İsrailin və xüsusilə Netanyahunun siyasəti bu prosesə əhəmiyyətli dərəcədə təsir edir”.

Leave A Comment

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)