Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin İdarəetmə, tədqiqat və xarici siyasət üzrə sədr müavini, Politoloq Teymur Qasımlı Moderator.az-a verdiyi açıqlamasında qeyd edib.

“Belə görünür ki, İran daxilində hakimiyyət uğrunda daxili çəkişmələr davam edir. Lakin teokratik rejimin yıxılıb-yıxılmaması zamanla bəlli olacaq…”
“Düzdü, İran ABŞ-ın Qətərdəki hərbi bazasını, ona ciddi zərər dəyməsə də, raket atəşinə tutub. Əvvəllər bu barədə şübhələr var idi. Amma sonradan baş verənlər təsdiq etdi ki, rəsmi Tehran öncədən bu barədə Ağ Evi məlumatlandırıb. Donald Tramp sosial şəbəkədə belə açıqlama verərək bildirdi: “İran bizə əvvəlcədən məlumat verdi və buna görə təşəkkür edirəm.”
Bununla yanaşı, ABŞ-ın İrana qarşı cavab zərbəsi endirib-endirməməsi də müəyyən müəmmalar doğurur. Çünki bu barədə hər hansı konkret və inandırıcı məlumat mövcud deyil. Ortalıqda olan odur ki, Trampın çağırışıyla hələlik həm İran, həm də İsrail atəşkəs elan ediblər. Ancaq bunun nə qədər davam edəcəyi bəlli deyil. Bəs bu vəziyyətdən sonra İranda teokratik rejimin gələcək taleyi necə olacaq? Bu, hələ də cavabı açıq qalan bir sualdır”.
Bundan sonra İrandakı teokratik rejim və ümumilikdə İran üçün hansı ssenariləri gözləmək olar və həmin ssenarilərdən hansının reallaşması ehtimalı daha yüksəkdir?
Hazırda görünən odur ki, İsrailin baş naziri Benyamin Netanyahu, İran şahının oğlu və başqa mühacirətdə olan qüvvələr insanları küçələrə çıxmağa, mövcud teokratik rejimi devirməyə çağırıblar. Lakin bu cəhdlər də hələlik nəticə verməyib…
“12 günlük müharibə göstərdi ki, İran daxilində gözlənilən parçalanma baş vermədi. Əksinə, müxtəlif siyasi qruplar – islahatçılar, müxaliflər və digər qüvvələr – mövcud hakimiyyətin ətrafında birləşərək İsrailə qarşı vahid mövqe göstərdilər və aralarında müəyyən fikir ayrılıqları olsa da, bu müharibə zamanı milli birlik nümayiş etdirdilər. Bu həm də “Mossad”-ın bir sıra uğurlu əməliyyatlar keçirməsinə rəğmən İranın daxili təhlükəsizlik sisteminin nə qədər güclü olduğunu göstərdi. Xüsusilə “SEPAH” (İslam İnqilabı Keşikçiləri Korpusu) və digər xüsusi xidmət orqanları etirazların və daxili qarşıdurmaların qarşısını almağa çalışdılar. Buna görə də yaxın gələcəkdə İranda teokratik rejimin dəyişəcəyini gözləmirəm. Müəyyən narazılıqlar və etiraz aksiyaları mümkündür, məsələn, Tehran Universitetinin tələbələri tərəfindən təşəbbüslər ola bilər, lakin bunlar rejimi sarsıdacaq səviyyədə deyil”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Eyni zamanda maraqlı məqam odur ki, İranın ali dini lideri Ayətullah Xameneinin bəzi şəxsi məsələləri, o cümlədən oğlunun hakimiyyət uğrunda mübarizəyə daxil olması ilə bağlı məlumatlar yayıldı. Biz əvvəllər də bu məsələni müzakirə etmişdik və belə görünür ki, İran daxilində hakimiyyət uğrunda daxili çəkişmələr davam edir. Lakin teokratik rejimin yıxılıb-yıxılmaması zamanla bəlli olacaq. Hal-hazırda bu, çox da real görünmür”,-deyə Teymur Qasımlı qeyd edib.






5 Comments
日本 av
Pretty! This has been a really wonderful article. Thanks for supplying this info.
winpot
Hello are using WordPress for your site platform? I’m new to the blog world but I’m trying to get started and set up my own. Do you need any coding knowledge to make your own blog? Any help would be really appreciated!
b2xbet
Howdy I am so thrilled I found your blog, I really found you by mistake, while I was browsing on Aol for something else, Anyways I am here now and would just like to say kudos for a incredible post and a all round enjoyable blog (I also love the theme/design), I don’t have time to read it all at the minute but I have bookmarked it and also added in your RSS feeds, so when I have time I will be back to read a great deal more, Please do keep up the excellent job.
av 女優
It’s hard to find well-informed people for this topic, but you seem like you know what you’re talking about! Thanks
b2xbet
constantly i used to read smaller articles which also clear their motive, and that is also happening with this post which I am reading at this place.