Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın qonağı olacaq.

Bu səfər İrəvan-Bakı arasında sülh danışıqlarının irəliləməsini stimullaşdıra bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya gedəcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Erməni KİV-lərinin məlumatına görə, Ərdoğan və Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, Politoloq Samir Hümbətov sherg.az-a açıqlamasında deyib.

Əgər Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri reallaşarsa, bu, müsbət mənada proseslərə öz təsirini göstərə bilər:

“Ən azından bu səfər ikili münasibətlərin, yəni Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində mümkün addımların atılmasını, həmçinin İrəvan-Bakı arasında sülh danışıqlarının irəliləməsini stimullaşdıra bilər. Əsas məsələ Nikol Paşinyanın Türkiyəyə səfər etməsinə imkan verilib-verilməyəcəyidir. Çünki Paşinyanın Türkiyəyə səfər məsələsi bir neçə dəfə gündəmə gəlsə də, reallaşmayıb. Görünür, buna maneçilik törədilib. Həm Ermənistan daxilindəki məlum güclər, həm də xaricdəki dairələr buna imkan verməməyə çalışırlar. Digər məsələ isə səfər çərçivəsində əldə olunacaq hər hansı məsələnin reallaşıb-reallaşmayacağı ilə bağlıdır. Yəni razılaşmaların icrası necə həyata keçiriləcək. Bunun özü ciddi sual doğuran məsələdir. İstənilən halda bu cür səfərlərin baş tutması ikili və regional münasibətlərə müsbət təsirini göstərə bilər”.

https://sherg.az/siyaset/306709

 

Leave A Comment

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)