Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

İsrailin İrana hücumu bu qədər davam edəcək: Bakı üçün təhlükə varmı?

 

Günü İsrailin İrana bombalar yağdırması xəbərləri ilə açdıq. İsrail öncə Tehranı daha sonra Təbrizi vurdu. İrana edilən hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami öldü.

Daha sonra İran cavab olaraq İsrail istiqamətinə 100-ə yaxın PUA göndərdi. İsrail tərəfi bu PUA-ları zərərsizləşdirdi.

Bu arada ABŞ prezidenti Donald Tramp da açıqlamarıyla gündəmdədir. O, bildirir ki, biz İsrailə bu hücumda dəstək olmamışıq, ancaq lazım gələrsə, olacağıq. Qısaca, İsrailə hücum üçün icazə verdiyini də etiraf etdi.

Maraqlıdır görəsən, İsrailin bu hücumu genişmiqyas alacaqmı? Bu durumda bölgəni hansı təhlükələr gözləyir?

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, Politoloq Samir Hümbətov Türküstan.az-a verdiyi açıqlamasında qeyd edib.

Samir Hümbətov

Açığı, İsrailin İrana hücumunun genişmiqyaslı olacağını düşünmürəm. Düzdür İsrail İrana davamlı zərbələr endirdi, ancaq bütün bunların ciddi təhlükə yaradacağına, regionu ciddi qarışdıracağına inanmıram. Ehtimalım ondan ibarətdir ki, İran bu və ya digər formada cavab vermək istəsə belə, bu region üçün hər hansısa bir təhlükə yaratmayacaq. İran müharibə istəmir, bunu dəfələrlə özü də bəyan edib. Ümumiyyətlə, bu hücum planı uzun müddət öncə hazırlanıb və bundan İranın da xəbəri olub. Düşünürəm ki, bu bir növ İrana xəbərdarlıq hücumudur və çox uzun çəkməyəcək.

https://www.turkustan.az/news/daily/117649?fbclid=IwY2xjawK5MqZleHRuA2FlbQIxMQABHlLsRwH51coVtRW0ZLKe3ajGxidGw1WKTRxFOTOJ0EOdRWckAsZpYBDoORUy_aem_KnRdhGxJy7EGHCveoJHliQ&sfnsn=wa

Leave A Comment

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)