Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

İsrail və İran arasındakı gərginlik böyük qarşıdurmaya getməyəcək? – ŞƏRH

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, Politoloq Samir Hümbətov Redaktor.az-a verdiyi müsahibəsində qeyd edib.

“İsrail-İran qarşıdurması bir müddət bundan öncə də olmuşdu. Yəni, dəfələrlə belə olub. Açığı, bunun genişmiqyaslı müharibəyə çevriləcəyini düşünmürəm”.

Politoloq İsrail-İran arasında baş verən münaqişəni şərh edərkən bildirdi.

“Gözləntim odur ki, məsələ yaxın günlərdə yekunlaşa bilər. Əlbəttə, burada üçüncü tərəflərin maraqları olarsa və münaqişəni böyütmək istəsə, bu, yeni müstəviyə keçə bilər. Düşünürəm ki, nə İsrail, nə də İran böyük qarşıdurmaya getmək istəməzlər. Nəzərə almaq lazımdır ki, İsrailin əlində nüvə silahı var, İran isə böyük dövlətdir, böyük ordusu var. Ona görə bunların qarşıdurması nə ikitərəfli münasibətlərə, nə də regional münasibətlərə müsbət təsir göstərə bilər. Bu cür aviazərbələrin endirilməsi mümkündür. İsrail zərbə endirə bilər, İran ona cavab verə bilər, amma böyük qarşıdurmaya keçəcəyi ehtimalı o qədər də real görünmür”, – deyə o vurğuladı.

https://redaktor.az/news/politics/283309-israil-ve-iran-boyuk-qarsidurmaya-getmeyecek

Leave A Comment

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)