Bu monoqrafiyanın əsas məqsədi son zamanlar xüsusilə aktuallıq qazanmış türk dövlətlərinin birlik və bərabərliyini özündə əks etdirən və xüsusilə konseptuallıq baxımından ciddi əhəmiyyət daşıyan fikirlərin elmi əsaslarla işlənib hazırlanmasıdır. Əlbəttə ki, Turan Beynəlxalq Elmi konfransının ölkəmizin və digər türkdilli xalqların bir araya gəlməsində və koordinasiyalı addımların atılmasında vasitə olacağı ümidini artırır. Bu monoqrafiyada toplanan məqalələr ölkəmizin və digər ölkələrin elm adamları tərəfindən işlənib hazırlanmışdır. Bu isə, gələcəkdə də bu fəaliyyətin genişlənməsinə zəmin yaradır.
Fullscreen Mode