Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Samir Hümbətov

Təsisçi
  • info@irds-center.com
  • +994 (50) 891 61 70

Hümbətov Samir Nazim oğlu, 18.11.1987-ci il tarixində Şəki rayonu, Qayabaşı kəndində anadan olub. 1993-cü ildə Şəki rayonu, Qayabaşı kənd tam orta məktəbinə qəbul olub və 2004-cü ildə həmin məktəbi bitirib. 2006-cı ilin yanvar ayından-2007-ci ilin iyul ayınadək Ağdam-Ağcabədi rayonları ərazisində yerləşən milli ordunun N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin Fransız dili müəllimliyi ixtisasına qəbul olub və 2014-cü ildə bitirib. 2015-2016-cı illərdə Unibank KB ASC-də çalışıb. 2017-2019-cu illərdə “Gold Glass” şirkətində çalışıb. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 1995-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq 2019-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Ali İqtisadiyyat Məktəbi-Milli Tədqiqat Universitetinin Dünya Siyasəti və Dünya İqtisadiyyatı fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistratura dərəcəsinə qəbul olub və 2021-ci ildə bitirib. 2023/2024-cü tədris ilində Türkiyə Respublikası Kütahya şəhərində yerləşən Dumlupınar Universitetinin Sosial Elmlər İnstitutunun “Siyasi Elmlər və Beynəlxalq Münasibətlər” ixtisası üzrə doktorantura dərəcəsinə qəbul olmuşam və hal-hazırda həmin universitetdə təhsil alır.
2020-ci ilin əvvəllərindən etibarən aktiv şəkildə siyasi və analitik təhlil sahəsində fəaliyyətimi gücləndirməyə və genişləndirməyə başlayıb. Hazırda qeyd edilən sahə üzrə fəaliyyəti davam etdirir. 10.01.2022-cü ildə həmtəsisçisi və rəhbəri olduğu “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” ictimai birliyini təsis etdi və təsis etdiyi birlik 30.05.2023-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı. 18.04.2023-cü il tarixində Böyük Britaniyanın London Post siyasi-analitik nəşrinin redaksiya heyətinin üzvü, həmçinin Cənubi Qafqaz və Yaxın Şərq üzrə siyasi eksperti seçilib. 11.09.2023-cü ildə Azərbaycan Universitetində müəllim olaraq fəaliyyətə başladı və bu günə qədər fəaliyyətim davam edir. Hazırda Azərbaycan Universitetində bakalavr dərəcəsində təhsil alan tələbələrə “Azərbaycan Respublikasının xarici siyasəti”, “Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları”, “Beynəlxalq təhlükəsizlik”, “Müasir münaqişələr və sülh prosesi”, “Avropa İttifaqının Cənubi Qafqaz siyasəti”, “Siyasi texnologiyalar”, “Siyasi fəaliyyət və siyasi mədəniyyət”, “Beynəlxalq Münasibətlərə giriş”, “Diplomatiyanın əsasları”, “Müasir diplomatiya” və digər fənlər üzrə tədrisi davam etdirir. Məlumat üçün qeyd etmək olar ki, təsisçisi və rəhbəri olduğu “Zəngəzur” beynəlxalq elmi konfransı 2023-cü ilin avqust ayında, “Turan” beynəlxalq elmi konfransı isə noyabr ayında təsis edilib. “Zəngəzur” beynəlxalq elmi konfransı 26 Sentyabr 2023-cü ildə, “Turan” beynəlxalq elmi konfransı isə 2 Dekabr 2023-cü ildə keçrilmiş və hər iki konfransın kitabları çap edilmişdir.
2021-ci ildən 2024-cü ilə qədər yüzdən artıq yerli və beynəlxalq konfrans, simpozium, eləcə də digər platformaların iştirakçısı və məruzəçisi olub. Bu müddət ərzində otuzdan artıq elmi və analitik maqalələri həm ölkə daxilində, həm də xaricdə çap olunmuşdur. 18 May 2021-ci ildə Türkiyə Respublikası, İstanbul Gəlişim Universiteti tərəfindən təşkil edilən VI Yaxın Şərq simpoziumunda “Cənubi Qafqazda və Yaxın Şərqdə regional mübarizə” başlığı altında geniş mühazirə ilə çıxış etdib. 07 senyabr 2023-cü ildə Türkiyə Respublikasında yerləşən “Avrasiya İncələmələri Mərkəzi” tərəfindən təşkil edilmiş konfransda II Qarabağ savaşından sonra Cənubi Qafqazda dəyişən tarazlıqlar və onların siyasi, iqtisadi və hərbi təsirləri mövzusunda mühazirə söyləyib. 2023-cü ilin iyun ayında “Türk Danyası İqtisad Fakültəsi” tərəfindən nəşr edilən Türk Dünyası Tarix dərgisində “I Qarabağ Savaşından Vətən Müharibəsinə qədər Azərbaycanın xarici siyasəti mövzusunda elmi-analitik məqaləsi nəşr edilib. 2023-cü ilin iyun ayında Qazaxıstan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin dəstəyi ilə nəşr edilmiş “Organization of Turkic States: Politics, Economics, Cultural collaborations and 2040 vision” kitabında “İmpacts of Azerbaijan-Kazakistan-Türkiye relations on the future of the Turkish World” başlıqlı ingiliscə məqaləsi nəşr edilib. Rusiya Federasiyası Moskva şəhərində 14 May 2024-cü ildə təşkil edilmiş “I International Middle East Scientific Conference of the Presidential Academy” konfransında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri kimi “Influence of regional and non-regional states in conflicts in the Middle East and South Caucasus” mövzusunda mühazirə ilə çıxış etdib.
İngilis, Fransız, Rus və Türk dillərini bilir
Ailəlidir. Bir övladı var.

Arxivlər

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)