Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov TodayPress TV-yə müsahibəsində Medvedevin açıqlamasının iki cür izah oluna biləcəyini deyib:

Rusiya ya növbəti dəfə Ukraynanı daha şiddətli hava hücumlarına məruz qoymaq niyyətindədir və bunun üçün bəhanə formalaşdırmağa çalışır, ya da həqiqətən də onların əlində kəşfiyyat məlumatları var və Britaniya ilə Fransanın Ukraynaya nüvə texnologiyalarını cəlb etməklə bağlı planları ola bilər.
Mahiyyət etibarilə həm Fransa, həm də Britaniyanın əlində nüvə texnologiyaları var və onları Ukraynaya verə bilərlər. Bir məsələ də var ki, Ukraynanın özünün də SSRİ dövründə nüvə silahı olub. Həmçinin Ukraynanın özünün də nüvə texnologiyaları ilə bağlı materialları olmuş ola bilər, yəni arxivlərdə bunu saxlamış ola bilərlər”.
NÜVƏ SILAHI BU HALDA UKRAYNAYA VERİLƏ BİLƏR…
Ekspert nüvə silahının hansı halda Ukraynaya verilə biləcəyini də açıqlayıb:
“Hesab edirəm ki, indiki halda Fransa ilə Britaniya yalnız o zaman Ukraynaya nüvə silahı verə bilər ki, artıq iş-işdən keçmiş olsun və Rusiya orada ciddi nüvə təhdidi yaratsın. Hər halda verilmə ehtimalı var, amma bunu hansı formada və hansı şərtlər əsasında verəcəkləri sual altındadır. Əgər verərlərsə, Rusiya bundan da istifadə edib Ukraynaya daha çox hücum etməyi planlaya bilər. Medvedevin qeyd etdiyi kimi, “qeyri-strateji nüvə silahından istifadə etmək” isə regionda ciddi fəlakətə səbəb ola bilər. Çünki istənilən nüvə silahından istifadə olunması regionda ekoloji, humanitar və insani fəlakətin daha da genişlənməsinə gətirib çıxara bilər”.




