“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi” President.az-a” istinadən xəbər verir ki:
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar.
Burada Qarabağ atlarının təqdimatı keçirilib.
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.