30 İyun 2025-ci ildən etibarən Rusiya Federasiyasının daxili işlər orqanlarına bağlı olan OMON silahlılarının Yekatenburq şəhərində Azərbaycanlılara qarşı törətdiyi cinayət və bu cinayət nəticəsində milliyyətcə azərbaycanlı olan Rusiya və Azərbaycan vətəndaşları olan Ziyəddin və Hüseyn Səfərov qardaşlarının işgəncə ilə döyülüb, öldürülməsi sıradan hadisə kimi olmamaqla yanaşı, eyni zamanda artıq Rusiya daxilində etnik-milli ayrı-seçkiliyin artması, rus şovinizm siyasətinin daha da güclənməsi faktını ortaya qoymuş olur. Onu da qeyd etmək lazımdır ki, bu baş vermiş hadisə ilə kifayətlənməyən Rusiya Federasiyasının hüquq-mühafizə orqanları ölkənin digər şəhərləri Voronej və Sank-Peterburqda da azərbaycanlıların evinə OMON hücumları olmuş və azərbaycanlılara qarşı işgəncələr olmuş, onların bəzilərini Rusiya vətəndaşları olmalarına rəğmən Azərbaycana deport edilmişdir. Bu qəbildən olan hadisələrin sayı saymaqla bitməz. Əlbəttə bu hadisə fonunda bir sıra məqamlar da ortaya çıxmış olur. Əvvəla qeyd etmək istərdim ki, Rusiya dövlətini. Bu siyasəti təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda orada yaşayan özbək, qazax, qırğız, türkmən və digər miqrantlara qarşı da bu hadisələri tez-tez baş verməsi onu deməyə əsas verir ki, demək Rusiyada hər zaman var olan və bugün də baş qaldıran şovinizm siyasəti artıq dövlət siyasətinin mərkəzində dayanır.
Rusiyanın miqrantlara qarşı belə mövqe tutmasının arxasında bir neçə səbəbin olduğunu qeyd etmək mümkündür.
Birincisi, Rusiyanın üç ildir Ukraynada apardığı işğalçı müharibə və bu müharibənin hələ də Rusiya üçün müsbət nəticə verməməsi. Əksinə, üç ildə 1 milyona yaxın canlı qüvvə və silah-sursat, hərbi texnika itirməsi hesab edilə bilər ki, nəticədə Rusiya iqtisadiyyatı ciddi çöküşə doğru getməsinin artıq rusların özləri tərəfindən də etiraf edilməyə başlanılması adi hala çevrilib.
İkincisi, Rusiyanın qlobal oyunçudan regional oyunçu statusuna düşməsi olduğunu qeyd etmək olar. Əlbəttə, burada Rusiyanın son 5 ildə itirdiklərinə baxdıqda hər məsələ daha detallı aydın olur. İstər 27 Sentyabr 2020-ci ildə 44 gün ərzində Ermənistan və Azərbaycan arasında baş vermiş ikinci Qarabağ müharibəsində Ermənistanın rüsvayçı məğlubiyyəti və bu məğlubiyyət fonunda Rusiyanın Cənubi Qafqazda zərbə almış dominant mövqeyi və regionda Türkiyə ilə mövqelərin yenidən bölüşdürülməsi. Həmçinin Suriya və Liviyada da analoji hadisənin təkrarı. Yəni 9 Dekabr 2024-cü ilə Suriyada baş vermiş çevrilişlə Bəşər Əsad hökumətinin devrilməsi, nəticədə isə Rusiyanın Suriyada mövqeləri Türkiyəyə təslim etməsi də bu proseslərin tərkib hissəsi kimi qəbul edilə bilər.
Üçüncüsü, Azərbaycanın post-müharibə dövründə daha geniş və çoxvektorlu xarici siyasətə keçidi, regional aktor olaraq mövqelərinin daha da möhkəmlənməsi, regionada və dünyada müstəqil xarici siyasət yürütməsi də rəsmi Moskvanı daha çox narahat edən məqamlara daxildir.
Əlbəttə bunlar və bu kimi digər faktlar artıq Rusiyanı qonşu və region dövlətləri ilə daha aqressiv davranmağa, qonşu və region dövlətlərin daxili işlərinə qarışmağa, onlara qarşı təxribatlar hazırlamağa vadar etdiyi heçkim üçün sirr hesab edilə bilməz. Ermənistanın Rusiyanın orbitindən çıxıb qərbə istiqamətlənməsi, Azərbaycanın müstəqil və çoxşaxəli siyasətə keçidi əlbəttə ki, Kremldə xoş qarşıkanmır və ona görə də təxribata əl atmağa başlayıb. Təbii ki, burada bir neçə sual ortaya çıxır ki, onlardan biri də odur ki, Rusiyanın bugün apardığı bu siyasət ona həm müsbət, həm də mənfi mənada nə verə bilər? Əminliklə demək olar ki, XIX-XX əsrlərdən fərqli olaraq artıq XXI əsrdə yaşayırıq və belə davranışlar beynəlxalq birlik tərəfində xoş qarşılanmamaqla yanaşı ciddi reaksiyalara da səbəb olur. Üstəlik bu reaksiyalar Rusiyaya qarşı sanksiyalar və tərcridlərlə müşahidə edilirsə, bu daha acınacaqlı halın olduğundan xəbər verir. Ona görə də, indi dövrdə Rusiya tərəfi həm 22 Fevral 2022-ci il Azərbaycan və Rusiya arasındakı strateji müttəfiqlik bəyannaməsinin şərtlərinə əməl etməli, həm də yürütdüyü xarici siyasət strategiyasında düzəlişlər etməlidir. Əks təqdirdə, 2022-ci ildən etibarən dünya birliyi tərəfindən təcrid olunan Rusiya bu daha da təcrid vəziyyətinə düşə bilər ki, bu da onun çöküşünü daha da sürətləndirə bilər. Nəzərə alsaq ki, 2021-ci ildən etibarən Azərbaycan və Türkiyə “Şuşa bəyannaməsi” ilə ən yüksək səviyyədə strateji müttəfiq oldular, o zaman Rusiya vəziyyəti iki dəfə düşünməlidir.
Nəhayət, Rusiya tərəfinin diqqət etməli olduğu digər önəmli məsələlərdən biri də Azərbaycan prezidenti cənab İlham Əliyev amilidir. Ona görə ki, İlham Əliyev təkcə Cənubi Qafqaz regionunda deyil, həmçinin, dünya siyasətində sözü qəbul edilən və dəyərləndirilən lider olaraq ölkə daxilində də alternativsiz lider statusunu qorumaqdadır.
Samir Hümbətov
“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri. Politoloq