Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

“Müharibənin rəsmi sonu ola bilər” – Politoloq Samir Hümbətovun Açıqlamasında

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Sia.az-a verdiyi müsahibəsində qeyd edib:

“Vaşinqtonda keçirilən görüşdən gözləntilər böyükdür”.

O bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında ciddi nəticələrin əldə olunacağı bir prosesin şahidi ola bilərik. ABŞ-ın bu danışıqlarda birbaşa iştirak etməsi sülh müqaviləsinin imzalanması istiqamətində vacib addım kimi qiymətləndirilir: “Əldə olunacaq razılaşma regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına mühüm töhfə verə bilər. Eyni zamanda, bu sülh prosesi bölgədə müharibə riskini aradan qaldırmaqla bərabər, siyasi və iqtisadi əməkdaşlığa da geniş imkanlar yaradacaq.

Bununla yanaşı, ABŞ tərəfindən Azərbaycana qarşı 1992-ci ildən tətbiq edilən 907-ci düzəlişin ləğvi məsələsi də ciddi əhəmiyyət kəsb edir. Bu qərar yalnız Azərbaycan üçün deyil, həmçinin Amerika və region üçün də strateji baxımdan önəmlidir. Müharibənin bitməsinin rəsmi şəkildə təsdiqlənməsi, yəni tərəflər arasında sülh müqaviləsinin imzalanması, təkcə bugünkü reallıqlar üçün deyil, eyni zamanda gələcək üçün də güclü hüquqi və siyasi zəmanət olacaq.

Azərbaycan Prezidentinin Vaşinqtona səfəri, əvvəlki səfərlərlə müqayisədə, həm Azərbaycan tarixi, həm də regional və qlobal siyasi kontekst baxımından daha böyük əhəmiyyət daşıyır. Ermənistanın baş naziri Paşinyanın da sülhə dair verdiyi son mesajlar göstərir ki, rəsmi İrəvan da bu prosesin nəticəyə bağlanmasında maraqlıdır. Artıq tərəflər başa düşürlər ki, bu müqavilənin imzalanması ilə regionda xarici təsirlərin azalması mümkündür.

Görüşdən sonra qəbul ediləcək sənədlər təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün də faydalı qərarlar ola bilər. Müharibənin bitməsi ilə bağlı hüquqi sənədin imzalanması, bölgədə yeni bir siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Nikbinlik yüksəkdir və gözləntilər böyükdür. Bu prosesin uğurla nəticələnməsi həm regional sabitliyin, həm də davamlı sülhün təminatı ola bilər”.

3679 Comments

Leave A Comment

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)