Sizcə, “İsrail-İran savaşı Ukraynadakı proseslərə necə təsir göstərməkdədir?”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədr müavini, Politoloq Teymur Qasımlı Moderator.az-a verdiyi açıqlamasında qeyd edib.

“Hesab edirəm ki, bütün çətinliklərə baxmayaraq Avropa koalisiyası Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyini davam etdirməklə Rusiyanın öz çirkin məqsədlərinə çatmasına imkan verməyəcək…”
“Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiya Federasiyası, Putin administrasiyası planetin müxtəlif məkanlarında münaqişə ocaqlarının yaranmasında maraqlıdır. Kreml öncə Balkanlarda, Moldovada münaqişələr yaratmağa çalışdı, ancaq bu, baş tutmadı. 2023-cü ildə İsrail-“HƏMAS” qarşıdurması başlanandan sonra isə Rusiya-Ukrayna savaşı üçün gündəm dəyişdi, Ukrayna Qərbin diqqətindən bir qədər yayındı, amma yenə də ABŞ-dən, Avropadan dəstək verməkdə davam edirdi”.






2 Comments
gbgbet
I absolutely love your website.. Pleasant colors & theme. Did you create this web site yourself? Please reply back as I’m looking to create my own website and would love to know where you got this from or what the theme is called. Kudos!
gbgbet
Quality articles or reviews is the secret to invite the viewers to pay a visit the web page, that’s what this website is providing.